Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 144-də qanunsuz parklanma problemlər yaradır. Bu haqda bu gün, 11 iyun tarixində Bakuplus.az xəbər verir.
Sakinlərin sözlərinə görə, parklanma qadağan olunmuş yerdə avtomobillərin dayanması az deyilmiş kimi, hərəkət də ciddi çətinləşib. Belə ki, küçədə hərəkət ikitərəfli olduğu üçün bir istiqamətdən avtomobil gəldikdə qarşıdakı nəqliyyat vasitələri gözləməli olurlar. Nəticədə isə xaos yaranır.
“Bəzən 10-15 dəqiqə gözləməli oluruq ki, buranı keçə bilək”, – deyə onlar qeyd ediblər.