top
Yasamalda bina sakinləri 30 ildən artıq liftsiz qalırlar
28 iyun 2023, 03:44
- ↺ +

Yasamalda bina sakinləri 30 ildən artıq liftsiz qalırlar

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Yasamal rayonu, Yeni Yasamal 2 yaşayış sahəsi, 10 ünvanında yaşayan sakinlərin sözlərinə görə, bina uzun müddətdir istifadəyə verilsə də, bu günədək orada lift quraşdırılmayıb. Onlar, hətta bununla bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini deyirlər. Ancaq problem hələ də öz həllini tapmayıb. Bu haqda bu gün, 28 iyun tarixində Bakuplus.az Baku TV-yə istinadən məlumat verir.

Məsələ ilə bağlı Bakı şəhər “Lift Təmir” İB-dən bildirilib ki, sözügedən binanın lift probleminin həlli onun inşaat işlərini həyata keçirən MTK-nın səlahiyyətindədir.

“Binanın tikintisi 1992-93-cü illərdə başlayıb, 1994-cü ildə müharibə şəraiti ilə əlaqədar liftlərin qoyulması baş tutmadı. 30 ildən çoxdur binanın sakinləri yuxarı mərtəbələrdən özləri düşüb, özləri qalxırlar. O cümlədən 180 mənzilin sakini bu vəziyyətdə yaşayır. Nazirlər kabineti, FHN, Bakı ŞİH bu barədə artıq akt tərtib ediblər ki, bina qəzalıdır, sökülüb təzədən tikilməlidir”, - deyə MTK sədri Yaşar İsmayılov söyləyib.

Məsələyə Yasamal Rayon İcra Hakimiyyətindən (RİH) də aydınlıq gətirilib. Bildirilib ki, Sovetlər Birliyinin dağılması səbəbindən sözügedən yaşayış binasının 6 girişi 9-cu mərtəbə səviyyəsində, 4 girişi isə 6-cı, 7-ci mərtəbələr səviyyəsində olarkən tikinti işləri dayandırılıb. Bina yarımçıq qaldığından liftlər də quraşdırılmayıb. Bununla belə mənzil sahibləri və məcburi köçkün ailələri orada məskunlaşıblar. Ancaq 2019-cu ildə 10 blokdan ibarət binanın 1, 2, 3 və 4-cü bloklarının sökülməsi, digər blokların isə əsaslı təmir olunması və orada tamamlanma işlərinin aparılması FHN tərəfindən məqsədəuyğun hesab edilib.

Yasamal RİH isə binada yaranmış vəziyyətlə bağlı aidiyyəti dövlət qurumlarına müraciətlər edib və rayon ərazisində yerləşən qəzalı binalar siyahısına Yeni Yasamal 2 yaşayış sahəsi, 10 saylı ünvanda tikintisi yarımçıq qalmış yaşayış binası da daxil edilib. Yalnız müvafiq qərar qəbul edildikdən sonra binanın taleyinə də aydınlıq gətiriləcək.

Son xəbərlər

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Dünən, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Dünən, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
04 noyabr 2026, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
04 noyabr 2026, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
04 noyabr 2026, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
04 noyabr 2026, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
04 noyabr 2026, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
04 noyabr 2026, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
04 noyabr 2026, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
04 noyabr 2026, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
04 noyabr 2026, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Oxşar xəbərlər