top
Yasamalda binanın sakinləri istiliksiz donurlar
01 dekabr 2022, 07:40
- ↺ +

Yasamalda binanın sakinləri istiliksiz donurlar

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Yasamal rayonu, Şəhid Kamal Rəhimov küçəsində yerləşən 30-cu binanın sakinləri 11 aydır istiliksiz qalırlar. Bu haqda bu gün, 1 dekabr tarixində Lent.az məlumat verib.

Bina sakini Ağa İsmayıl Əsədov şikayətində bildirib ki, ötən il Abbas Mirzə Şərifzadə küçəsinin yaxınlığında su borusu partlayıb. Onun sözlərinə görə, nəticədə ev sakinləri bu ilin yanvar ayından istiliksiz qalıblar:

“Bununla bağlı sahə rəisinə müraciət etdik. Həmin nasazlıq bərpa olundu. Bir gündən sonra boru yenidən partladı. Yenidən gəlib düzəltdikdə bizə 1 saatdan sonra istiliyin veriləcəyi deyilmişdi. İdarənin mühasibatlığı ilə əlaqə saxlayanda isə istiliyin verilməyəcəyini qeyd etdilər. Binanın istilik sistemindən kənarda qaldığını və nasazlığın bərpa edilməsinin mümkün olmadığını, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) müraciət edəcəklərini bildirdilər. Sakinlər olaraq AAYDA ilə əlaqə saxladıqda isə bu məsələ ilə bağlı heç bir müraciət olunmadığını dedilər. Burada 108 ailə yaşayır. Ətrafdakı binalara istilik xətti çəkilib. Lakin 11 aydır yaşadığımız binaya istilik verilmir”.

“Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib ki, bu binada iki ciddi problem var. Onun sözlərinə görə, sözügedən binanın yerləşdiyi küçədən müxtəlif kommunikasiya xətləri keçir: “Bu baxımdan orada işlər əl ilə aparılmalıdır. Belə olduqda küçə 4-5 gün ərzində bağlı qalmalıdır. Bu çox ciddi problemdir. Digər problem isə həmin binanın istiliyi magistral xətdən almasıdır. Yəni həmin binanın istiliklə təmin olunması digər binalara verilən istilik xidmətinin keyfiyyətinə mənfi təsir göstərir. “Azəristiliktəchizat” ASC tərəfindən problemlə bağlı müvafiq addımlar atılır. Aidiyyəti qurumlara müraciət olunub. Veriləcək cavaba uyğun gələcəkdə hər hansı bir addım atıla bilər”.

Son xəbərlər

Xəbər
Dünən, 17:54

Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı 4-ə çatdırılır - VİDEO

Xəbər
Dünən, 17:49

FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilir

Xəbər
Dünən, 17:31

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

Siyasət
Dünən, 16:45

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİYAHI

Xəbər
Dünən, 16:43

Telefonda yüksək səslə danışdı, ona baxan şəxsi döydü

Xəbər
Dünən, 16:28

Bakıda noyabr ayında hava necə olacaq? – PROQNOZ

Aktual Xəbərlər
Dünən, 15:46

"İnci" uşaq bağçasında azyaşlı uşağın döyüldüyü iddia olunur

Siyasət
Dünən, 14:27

Azərbaycan və Gürcüstan Baş nazirləri arasında görüş keçirilib

Xəbər
Dünən, 14:26

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

Xəbər
Dünən, 12:37

Öləcəyi günü əvvəlcədən bildi, efirlərə çıxışı qadağan olundu, oxuduğu mahnılara görə həbs edildi...

Xəbər
Dünən, 12:09

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib - FOTO

Xəbər
Dünən, 11:46

Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

Xəbər
Dünən, 10:18

"20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır

Xəbər
Dünən, 09:39

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Xəbər
Dünən, 09:34

Elman Nəsirovun keçmiş arvadı olduğu deyilən qadın dispanserə yerləşdirildi

Aktual Xəbərlər
29 oktyabr 2026, 17:55

Bakıda məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib

Binəqədi
29 oktyabr 2026, 16:45

Bakıda müdir işlədiyi supermarketi taladı: 11 min manatlıq çipsi...

Xəbər
29 oktyabr 2026, 15:02

2 yaşlı uşağın ölümündən sonra dayə yoxa çıxıb – ƏMİSİ DANIŞDI

Xəbər
29 oktyabr 2026, 14:40

ADY qatarlarında 9 ayda 800-dən çox əşya unudulub

Xəbər
29 oktyabr 2026, 13:27

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Xəbər
29 oktyabr 2026, 13:02

Azərbaycanda sürücülük vəsiqəsi alan QADINLARIN SAYI rekord qırıb

Xəbər
29 oktyabr 2026, 12:48

"VİP Motors"un təsisçisi direktoru məhkəməyə verdi

Xəbər
29 oktyabr 2026, 12:19

Azərbaycanda bir ildə 95 mindən çox abort qeydə alınıb

Xəbər
29 oktyabr 2026, 11:29

Azərbaycanda terrorçuluqla bağlı cinayət işi: 8 nəfərə hökm oxundu

Oxşar xəbərlər