Yasamal rayonunda çirkab küçəyə axıdılır. Bu haqda bu gün, 22 iyul tarixində Bakuplus.az Bizim.Media-ya istinadən xəbər verir.
Söhbət rayonun Nəcəf bəy Vəzirov küçəsindən, “Caspian Plaza”nın arxasından gedir. Sakinlərin sözlərinə görə, 2 aya yaxındır ki, avtomobil yoluna çirkab axır. Ehtimal olunur ki, ərazidə yerləşən kanalizasiya xəttində qəza baş verib.
“Bir müddət əvvəl vəziyyətlə bağlı şikayətdən sonra aidiyyəti qurumlar əraziyə gəlib tədbir görüblər. Amma yol sadəcə olaraq iki gün quru qalıb. Növbəti gün yenə yolu çirkab və üfunət bürüyüb. Hazırda da durum eynidir”, - deyə sakinlər əlavə ediblər.
“Azərsu”dan bildiriblər ki, məsələ ilə bağlı araşdırma aparılacaq.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/07/19970.mp4"][/video]