Kommunal işçilər gücləndirilmiş iş rejimində çalışır. Bu haqda bu gün, 24 yanvar tarixində Bakuplus.az Yasamal rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Yasamal rayonu ərazisinə digər yerlərə nisbətən daha çox qar yağması ilə əlaqədar kommunal xidmətlər gücləndirilmiş iş rejimində çalışır. Belə ki, əməkdaşlar tərəfindən küçə, prospekt və piyada səkilərindən, avtobus dayanacaqları və metro stansiyalarının qarşısından qar təmizlənib, xüsusi təyinatlı texnika tərəfindən maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpilib.
Təmizlik işləri rayonun müxtəlif ərazilərində davam edir.