top
Yasamalda çoxmərtəbəli bina tikilir: ətrafda isə hələ köçürülməyən ailələr qalıb
13 iyun 2023, 04:05
- ↺ +

Yasamalda çoxmərtəbəli bina tikilir: ətrafda isə hələ köçürülməyən ailələr qalıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Yasamal rayonunun Ələsgər Ələkbərov küçəsində köhnə mənzillər sökülərək yerində çoxmərtəbəli bina ucaldılır. Tikinti işləri aparıldığı ərazinin yaxınlığında isə hələ də yaşayış var. Sakinlər deyirlər ki, gecə-gündüz aparılan tikinti işləri nəticəsində mənzilləri qəzalı vəziyyətə düşüb. Bu haqda bu gün, 13 iyun tarixində Bakuplus.az ATV Xəbər-ə istinadən məlumat verir.

Sakinlərin sözlərinə görə, ərazidə yaşayan bəzi ailələr razılaşma yolu ilə oradan çıxarılıb və evləri sökülüb. Ancaq bəzi ailələrlə razılaşma əldə edilmədiyindən onlar evlərini tərk etməyiblər. Sakinlər iddia edirlər ki, yaxın ərazidə “Lux Residence” şirkəti tərəfindən görülən işlər zamanı onların evinə az-çox zərər dəyib. Xüsusilə mənzillərin divarlarında müxtəlif çatlar yaranıb.

Məsələ ilə bağlı adıçəkilən tikinti şirkətindən bildirildi ki, bu ərazi Bakı Şəhər İcra Hakimiyyətinin (ŞİH) 2020-ci ilin sərəncamı əsasında bina tikintisi üçün ayrılıb. Ərazidə olan 150-yə yaxın köhnə və qəzalı vəziyyətdə olan mənzillər razılaşma yolu ilə sahiblərindən alınıb və evləri sökülüb. Evlərində qalan 10-a yaxın ailə onlara təklif olunan heç bir şərtlə razılaşmaq istəmir. Əksinə, bazar qiymətindən daha çox pul tələb edirlər. Tikinti işləri zamanı onların evlərinin qəzalı vəziyyətə düşməsinə gəlincə isə şirkət onu təkzib edir.

“Bakı ŞİH-nin 2020-ci ildə verdiyi sərəncamından əvvəl aidiyyəti qurumların ərazidə yerləşən mənzillər haqqında rəyi var. Qəzalı olması haqqında da müvafiq rəylər, fotoşəkillər, görüntülər var. Bizim tikinti apardığımız ərazi yaşayan sakinlərin mənzillərindən xeyli aralıdadır və mənzillərə tikinti tərəfindən heç bir xəsarət, qəza törədilməyib”, -  tikinti şirkətinin direktoru  Rəfail Mirzəyev deyib.

Məsələ ilə bağlı Yasamal RİH-dən isə qeyd edildi ki, ərazidəki evlər yalnız sakinlərlə razılıq əldə olunduqdan sonra sökülə bilər. Tərəflər arasında bu və ya digər səbəbdən yaranan mübahisə nəticəsində razılaşma mümkün olmasa, onların evləri sökülə bilməz.

Son xəbərlər

Xəbər
Bu gün, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Bu gün, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Bu gün, 10:49

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Bu gün, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Bu gün, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Bu gün, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Bu gün, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Dünən, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Dünən, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
04 noyabr 2026, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
04 noyabr 2026, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Oxşar xəbərlər