Bakının Yasamal rayonunun Şərifzadə küçəsi, 2 ünvanında qanunsuz artırma işləri aşkarlanıb. Bu haqda bu gün, 24 iyul tarixində Bakuplus.az Caliber.az-a istinadən xəbər verir.
Adıçəkilən ərazidə monitoring zamanı icəzə sənədi olmadan sahəsi 30 kv.m olan metal konstruksiya quraşdırılması aşkar olunub. Aşkar olunan faktlar əsasında qanunsuz inşa olunan tikili sökülüb.
Araşdırmalar davam edir.