Bakının Yasamal rayonunda qaz olmayacaq. Bu haqda bu gün, 2 may tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
Rayonun Dadaş Bünyadzadə və Əsəd Əhmədov küçələrində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar saat 10:00-dan qaz təchizatı dayandırılacaq.
Təmir-quraşdırma işləri aparılan zaman Dadaş Bünyadzadə və Əsəd Əhmədov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.