Yasamal rayonunda qaz kəsilib. Bu haqda bu gün, 24 may tarixində Bakuplus.az Azəriqaz-a istinadən xəbər verir.
Adıçəkilən rayonun Kazım Kazımzadə küçəsi, 41/47 ünvanında qaz xəttində sızmanın ləğvi ilə əlaqədar Yasamal rayonunun Kazım Kazımzadə və Ələsgər Ələkbərov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Məhdudiyyət işlər bitənə qədər davam edəcək.