Bakının Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində velosiped zolağı piyadalar üçün təhlükə yaradır. Bu haqda bu gün, 21 iyun tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Avtobus dayacağının qarşısında çəkilən velosiped zolağına görə avtobuslardan istifadə edən vətəndaşlar nəqliyyata minmək üçün çətinlik çəkirlər.
Dayanacağa yaxınlaşa bilməyən avtobus sürücləri isə məcburən yolun ortasında saxlayıb həm tıxac, həm də sərnişinlər üçün təhlükəli vəziyyət yaradırlar.
Yerüstü Nəqliyyat Agentlyindən bildirildi ki, həmin ərazidə zolaq çəkilən zaman piyadalar mütləq qaydada nəzərə alınıblar. Ərazidə piyadaların üstünlüyünü bildirən yol nişanı quraşdırılıb, yəni zolaqla hərəkət edən velosipedlər və skuterlər piyadalara mütləq şəkildə yol verməlidirlər.
Dövlət Yol Polisindən isə cavab gəldi ki, piyadaya yol verməyən velosipedçi inzibati xətalar məcəlləsinə əsasən, 40 manat məbləğində cərimə olunacaq.
Tıxacları yaradan avtobuslarla bağlı heç bir izahat və yaxud təklif bildirliməyib.