Paytaxtın Yasamal rayonunda aparılan təmir işləri sürücülərin narazılığına səbəbə olub. Bu haqda bu gün, 13 avqust tarixində Bakuplus.az Avtosfer.az-a istinadən xəbər verir.
Bir müddət öncə , Mikayıl Müşfiq küçəsində (“Qurd Qapısı” istiqamətində) başlayan təmir prosesi sürücülər tərəfindən narazılıqla qarşılanıb.
Sürücülər bildirirlər ki, həmin ərazidə heç bir xəbərdarlıq nişanı qoyulmayıb.
Nəticədə onların avtomobillərinə maddi zərər dəyib və xüsusilə bu gecə saatlarında yaranmış vəziyyətin ikiqat təhlükəli hal aldığını bildirirlər.