Yasamal rayonunun bəzi küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bakuplus.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Məlumata görə, Yasamal rayonu, Ə.Ələkbərov küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə 27.11.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir-bərpa işləri aparılan müddətdə Ələsgər Ələkbərov, İsmayıl Bəy Qutqaşınlı, Seyfəddin Dağlı, Kazım Kazımzadə küçələrinin qaz təchizatında fasilə yaranacaq.