Paytaxtın Xəzər rayonunun bütün qəsəbələrində yay mövsümünün gəlişi ilə əlaqədar iməcilik keçirilib. Bu haqda bu gün, 2 iyun tarixində Bakuplus.az məlumat verir.
İməcilik əsas magistral yol boyunca olan əraziləri, məhəllədaxili küçələri və istirahət parklarını əhatə edib. Ərazi məişət tullantılarından təmizlənib, yol kənarlarındakı ağaclar suvarılıb, qurumuş ağaclar budanıb, ətraf ərazilərdə yaşıllıqlara aqrotexniki qulluq göstərilib, parklardakı ağacların və bəzək kollarının mövsümi həşaratlardan qorunması üçün dərmanlama işləri aparılıb.
Rayonun məhəllədaxili küçələrində də bir sıra abadlıq işləri aparılıb, yol kənarları polietilen tullantılardan və alaq otlarından təmizlənib.
[URIS id=102233]