Paytaxtın Sabunçu rayonu, Yeni Ramana yaşayış massivində mərkəzləşdirilmiş su şəbəkəsi inşa edilir. Bu haqda bu gün, 13 iyul tarixində Bakuplus.az “Azərsu” ASC-yə istinadən xəbər verir.
Ümumi uzunluğu 4 km olan su şəbəkəsi 500 ünvanı içməli su ilə təchiz edəcək. Hazırda xəttin 2,8 km-lik hissəsi inşa edilib və 300 ünvan içməli su ilə təmin olunub.
Cari ilin proqramına əsasən, Saray, Binəqədi, Zabrat, Ramana, Bilgəh, Maştağa, Buzovna, Şağan, Mərdəkan, Qala, Şüvəlan, Binə qəsəbələrinə içməli su şəbəkəsi çəkiləcək.
[URIS id=52416]