Suraxanı rayonunda sakinlər “Baktelecom”dan şikayət edirlər. Bu haqda bu gün, 21 noyabr tarixində Bakuplus.az-a məlumat daxil olub.
Belə ki, rayonun Yeni Suraxanı qəsəbəsində “Baktelecom” yeni optik internet və telefon şəbəkəsi çəkir. Ancaq qurum vətəndaşların telefon xətlərini açmaq üçün bir sıra tələblər irəli sürür. Sakinlər internet xidməti almalı və 1 il həmin xidmətdən istifadə etməlidirlər və ya yeni avadanlıqlar üçün 110 AZN ödəniş etməlidirlər. Əks halda onların telefon şəbəkəsi açılmayacaq.
“Mən indi başqa provayderdən istifadə edirəm və xidmətdən məmnunam. 110 AZN verməyə isə imkanım yoxdur. Niyə axı istəmədən “Baktelecom”a keçməliyəm?!” – deyə sakinlər şikayət edirlər.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/11/1_2.mp4"][/video]