top
Yeni tikili binaların vəziyyətinə kim cavabdehdir, MTK yoxsa sakinlər? – VİDEO
19 iyun 2024, 06:54
- ↺ +

Yeni tikili binaların vəziyyətinə kim cavabdehdir, MTK yoxsa sakinlər? – VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Paytaxtın mərkəzi hissəsində olan yeni tikililərdə tez-tez təmir-bərpa işləri aparılsa da, Bakıətrafı qəsəbələrdə vəziyyət o qədər ürəkaçan deyil. Hündürmərtəbəli binaların üzlüyü qopub, dağılıb, elə hissələr var ki, çat verib. Bu haqda bu gün, 19 iyun tarixində Bakuplus.az ATV-yə istinadən məlumat verir.

Vətəndaşlar deyirlər ki, bəzi binalara nəzarət edilmir. Onlar hesab edirlər ki, bu işlərə komendant cavabdehdir.

Çəkiliş zamanı yeni tikililərdən birinin sədrindən binanın üzlüyünün niyə təmir edilmədiyini soruşan jurnalistləri aldıqları cavab təəccübləndirdi. “Siz elə bilirsiniz ki, bir dənə həyətin qapısını rəngləməklə bitir? Mütəxəssisləri çağırmışıq, demişik. 60 min manat pul tələb olunur. Bizim o qədər pulumuz yoxdur”, – deyə xanım olan sədr bildirib.

Əmlak eksperti Elnur Fərzəliyev deyir ki, binaların tikintisi başa çatdıqdan sonra sakinlər öz aralarından idarəedici şəxs seçməlidirlər. Yəni bu işi, binanı tikən şirkətə həvalə etməli deyillər.

“Çoxmənzilli binalar inşa olunarkən əvvəlki illərdə həmin binaların idarə olunması inzibatçı, yəni komendant tərəfindən aparılsa da, indi mövcud qanunvericiliyə əsasən, bina tikilib təhvil verildikdən sonra sakinlər tərəfindən mənzil mülkiyyətçi müştərək cəmiyyəti qurulmalıdır və bütün binanın idarə olunması, kommunal xərclərin toplanılması və təyinatı üzrə xərclənməsi bina sakinlərinin öz öhdəliyinə düşür. Bundan əlavə, bina sakinləri hər hansı bir idarəedici şəxs idarəetməni düzgün formada aparmırsa, bina sakinləri həmin şəxsi başqa bir şəxslə dəyişmək səlahiyyətinə malikdirlər”, – deyə ekspert əlavə edib.

Fərzəliyevin sözlərinə görə, gələcəkdə yaşayış məntəqələri ilə bağlı vahid struktur formalaşmalıdır.

İndiki halda görünən odur ki, yeni tikililərdə qarışıq bir vəziyyət var. Komendant adlandırılan şəxs binaya nəzarət etmir ya da dırnaqarası nəzarət edir. Bu isə acı reallıqdan xəbər verir. Həmin binalara baxım bərbad haldadır.

Son xəbərlər

Xəbər
Bu gün, 15:45

Pensiyalar bu tarixlərdə ödəniləcək

Siyasət
Bu gün, 14:29

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Xəbər
Bu gün, 13:20

Günel Hümbətova bloqeri tənqid etdi: "Gedin dilimizi öyrənin" - VİDEO

Xəbər
Bu gün, 12:15

Narkotik təsiri altında üç rayonda avtoxuliqanlıq edən gənc həbs edildi

Aktual Xəbərlər
Bu gün, 11:19

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Aktual Xəbərlər
Bu gün, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
Bu gün, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
Bu gün, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Bu gün, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
Dünən, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Dünən, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Dünən, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
07 noyabr 2026, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
07 noyabr 2026, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
07 noyabr 2026, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Oxşar xəbərlər