İyunun 20-də Ceyranbatan qəsəbəsində 10 yaşlı uşaq batmaqdan xilas olunub. Bu haqda bu gün, 22 iyun tarixində Bakuplus.az məlumat verir.
Belə ki, Samur–Abşeron kanalında üzən uşaqlardan biri olan azyaşlı oğlan qəflətən batmağa başlayıb. Ərazidə olan qardaşının dostu, 15 yaşlı Hüseyn Quliyev baş verən hadisəni gördükdə özünü kanala ataraq uşağı sudan çıxarıb. Yaxınlıqdakı üzgüçülər uşağı suyun üstündə tutaraq sahilə çıxarmağa kömək ediblər.
Quliyevin sözlərinə görə, o, peşəkar üzgüçü deyil, lakin kanalda tez-tez üzərkən özünü suda tam rahat hiss edir. Quliyev Bakıda yaşayır, cüdo ilə məşğuldur.
[video width="720" height="1280" mp4="https://bakuplus.az/storage/photos/2024/06/snapinsta.app_video_3f442249e0b55fdf80c3f63cee46e8ad_video_dashinit.mp4"][/video]