Bakı Ekspo Mərkəzində iyunun 24-də 5-ci Yerli şirkətlərin tanıtım sərgisi başlayır. Bu haqda bu gün, 21 iyun tarixində Bakuplus.az məlumat verir.
Sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox yerli şirkət öz məhsul və xidmətlərini nümayiş etdirəcək.
Sərgidə ziyarətçilər müxtəlif sənaye sahələrində fəaliyyət göstərən şirkətlərin yeni məhsul və xidmətləri ilə tanış ola biləcəklər.
Sərgidə ziyarətçi kimi iştirak ödənişsizdir. Sərgi günləri ərzində metronun “Koroğlu” stansiyasından (Alov Parkı, Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində) Bakı Ekspo Mərkəzinə pulsuz marşrut fəaliyyət göstərəcək.
Sərgi ilə bağlı ətraflı məlumat almaq və ziyarətçi kimi qeydiyyatdan keçmək üçün: https://bit.ly/3wCsw3B.