“Ata sağdırsa, oğul şahdır”, “Sürənin Allahı var, Sürməyənin arvadı” və s. kimi yazılara avtomobillərin üzərində tez-tez rast gəlmək olur. Bu haqda bu gün, 7 dekabr tarixində Bakuplus.az ATV Xəbər-ə istinadən məlumat verir.
Bu cür yazılar hərəkət iştirakçılarının diqqətini yayındırır. Bu da sonunda qəzaya gətirib çıxarır. Buna görə də Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) belə hallara yol verən sürücülərə çağırış edib.
“Dəfələrlə kütləvi informasiya vasitələri ilə vətəndaşlarla profilaktik işlərin aparılmasına baxmayaraq, yenə də belə hallara rast gəlinir ki, bu da cəmiyyətin narazılığına səbəb olur. Bir daha fürsətdən istifadə edərək qeyd olunan məsələ ilə bağlı vətəndaşları diqqətli olmağa, fikir yayındırıcı, diqqəti cəlb edən, narahatlığa səbəb olan məqamlara yol verməməyi tövsiyə edirik”, – deyə BŞDYPİ-nin inspektoru Fuad Sultanov əhaliyə müraciət edib.