Paytaxtda avtomobil sıxlığına səbəb olan növbəti yol-nəqliyyat hadisəsi ötən gün səhər saatlarında Nəsimi rayonu, Neftçilər prospektində baş verib.
Bakuplus.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.
Qəza səbəbindən 8 Noyabr prospekti və Yusif Səfərov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb. Yol polisi əməkdaşları tərəfindən qısa müddət ərzində avtomobillərin sərbəst hərəkəti bərpa olunub.