Zığ–Hava Limanı avtomobil yolunda təmir işlərinə başlanılıb. Bu haqda bu gün, 8 aprel tarixində Bakuplus.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYNA) istinadən xəbər verir.
Hazırda işlər Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində yolun 14-15 kilometrliyində aparılır.
Təmir-bərpa işləri çərşivəsində yolun dağılmış hissələri qazılır, yol yatağı yenidən kipləşdirilir. Həmçinin qırmadaş layı döşənərək yeni yol əsası tikilir.
Yenidənqurma işləri ilə əlaqədar ərazidə avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb.