top
Zığ kəndinin sakinləri kanalizasiya problemi ilə bağlı narazılığını bildiriblər
13 aprel 2022, 06:20
- ↺ +

Zığ kəndinin sakinləri kanalizasiya problemi ilə bağlı narazılığını bildiriblər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Zığ kəndində kanalizasiya problemi sakinləri narahat edir. Bu haqda ARB Tv reportaj hazırlayıb.

Kanalizasiya və çirkab suları əraziyə axıdıldığına görə havanın isti olduğu günlərdə burada dözülməz üfunət qoxusu yaranır.

Sakinlər deyir ki, kəskin qoxu ən çox isti aylarda hiss olunur:

“Yağıntılı günlərdə isə başqa problem üzə çıxır. Yağış olanda mənim həyətimdəki quyu su ilə dolur. Sonra isə mənim evimin içinə gəlib çıxır. 25 santimetr su olur həyətdə”.

Problemin nə vaxt həll olunacağı ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Ramin Salmanlı açıqlama verib: “İcra Hakimiyyətinin məlumatı var və həmin ərazidə yığılan suların daşınması ilə bağlı mütəmadi olaraq Sukanal İdarəsi tərəfindən işlər həyata keçirilir. Kanalizasiya şəbəkəsi olmayan ərazi 2019-2023-cü illər tədbirlər planına əlavə olunmuşdur və Zığ qəsəbəsində yeni kanalizasiya xəttinin çəkilməsinin tədbirlər planına əsasən “Azərsu” tərəfindən mərhələli formada həyata keçirilməsi nəzərdə tutulmuşdur”.

“Azərsu” ASC-dən də deyilənlər təsdiqlənib. Bildirilib ki, məsələdən xəbərdardırlar və əraziyə mütəmadi olaraq nəzarət edirlər.

“2022-ci ilin layihəsində həmin ərazidə kanalizasiya xətləri nəzərdə tutulmayıb. Amma Abşeron yarımadasının baş planında bütün ərazilərdə, o cümlədən Zığ qəsəbəsində mərkəzləşdirilmiş su və kanalizasiya xətlərinin yenidən qurulması öz əksini tapıb”, - deyə Azərsunun mətbuat katibi Anar Cəbrayıllı qeyd edib.

Son xəbərlər

Xəbər
Bu gün, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Bu gün, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Bu gün, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Bu gün, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
Dünən, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Dünən, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Dünən, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Dünən, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Dünən, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Dünən, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Dünən, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Dünən, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Dünən, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Dünən, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Dünən, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Dünən, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
05 noyabr 2026, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
05 noyabr 2026, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
05 noyabr 2026, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
05 noyabr 2026, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
05 noyabr 2026, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
05 noyabr 2026, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Oxşar xəbərlər