Suraxanı rayonunda qeyri-adi avtobus dayanacaqları mövcuddur. Bu haqda bu gün, 5 iyun tarixində Bakuplus.az xəbər verir.
Söhbət Zığ şosesinin “Yeni Zığ” Yaşayış Kompleksinin yaxınlığından keçən hissəsindən gedir. Belə ki, burada avtobus dayanacaqları üçün cib yaradılıb, ancaq piyadalar üçün şərait yoxdur. Ərazidə piyada səkisi və infrastruktur mövcud deyil.
Bu da sakinlər üçün ciddi çətinliklər yaradır.