top
Zığ qəsəbəsinin “Duzlu gölu”: sağlamlıq yoxsa antisanitariya mənbəyidir?
18 iyul 2022, 04:20
- ↺ +

Zığ qəsəbəsinin “Duzlu gölu”: sağlamlıq yoxsa antisanitariya mənbəyidir?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının mərkəzindən təxminən 10-12 km məsafədə, Hövsan yolunun kənarında, Zığ qəsəbəsində yerləşən duzlu göl və onun ətrafında antisanitar vəziyyət müşahidə olunur. Orada çimmək qadağan edilsə də, bir çox insanlar xəstəliklərinə çarə tapacaqlarını düşünərək hələ də bura üz tutmaqdadırlar. Bu baradə bu gün, 18 iyul tarixində Bakuplus.az AZTV-yə istinadən məlumat verir.

Ərazidə “Göldən istifadə qadağandır” yazısı olsa da, bura gələnlərin maşınlarını saxlaması üçün pul ödənişi tələb olunur. Girişdən sonrakı mənzərə isə qamışlıq, boş su qabları, selofan torbalar və yemək tullantılarından ibarətdir. Ətrafdakı insanların paltarlarını dəyişmələri üçün taxtalardan tikililər yaradılıb. Bu otaqlarda da antisanitar vəziyyət hökm sürür.

Rəsmi qurumlar göldə monitorinqlər zamanı çırkab suların axıdılması faktını aşkar etdiklərini və göldən istifadənin insan sağlamlığına zərəli olduğunu bildiriblər.

Gölün ətrafına məişət tullantıları atılır. Buna səbəb isə ətrafda tullantı konteynerlərinin sayının azlığıdır.

Aidiyyəti qurumun nümayəndəsinin sözlərinə görə isə Zığ qəsəbəsindəki duzlu gölün ərazisində mütəmadi olaraq Xətai rayon İcra Hakimiyyət (RİH) Zığ bələdiyyəsi tərəfindən təmizlik işləri aparılır, ərazi nəzarətdə saxlanılır.

Həkim-revmatoloq Aygün Əhmədli isə bildirir ki, Masazır, Məmmədli və Zığ göllərindən yayda duz çıxarıldığına görə el arasında onlar duzlu göl kimi tanınır. Əslində isə, həmin göllərdən çıxarılan gil palçığı böyük müalicəvi əhəmiyyət kəsb edir. Ancaq buradakı suyun təmizliyinin qorunub saxlanılmaması və gigiyenik şəraitsizlik insanlarda digər xəstəliklərin yaranmasına gətirib çıxara bilər.

Reportaj apardıqdan sonra ərazisində bəzi dəyişikliklər olub.

Suraxanı RİH-nin məsul işçisi həmçinin əlavə etdi ki, ərazidə 200-dən çox işçi abadlıq işləri ilə məşğuldur. Buradan 100 kuba yaxın məişət tullantısı yığılaraq təmizlənmişdir. Gələcəkdə buranın təsdiq olunmuş plana uyğun olaraq abadlaşdırılması nəzərdə tutulmuşdur.

ETSN-nin mütəxəssisləri duzlu göldə su və palçıq testləri götürüblər. Ərazidə xəstəlik mənbəyinə çevrilən paltardəyişmə otaqları söküldü. Göl istifadəsi üçün aparılan monitorinqlərin cavabı isə bir həftə sonra açıqlanacaq.

 

Son xəbərlər

Xəbər
Bu gün, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Bu gün, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Bu gün, 10:49

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Bu gün, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Bu gün, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Bu gün, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Bu gün, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Dünən, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Dünən, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
04 noyabr 2026, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
04 noyabr 2026, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Oxşar xəbərlər