Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsində yerləşən ticarət obyektində nöqsanlar aşkarlanıb. Bu haqda bu gün, 1 dekabr tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə isitnadən xəbər verir.
Aparılan yoxlamalar zamanı sanitariya norma və qaydalarının tələblərinin pozulduğu, eləcə də müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub.
Aşkar olunan faktlarla bağlı obyektin fəaliyyəti dayandırılıb, sahibkar məsuliyyətə cəlb olunub.
Yoxlamaların bundan sonra da davam edəcəyi gözlənilir.