Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, “MİDA-2” yaşayış kompleksi ərazisində tullantıların qalaqlanması və yandırılması aşkar edilib. Buna qarşı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən tədbir görülüb. Bu haqda bu gün, 15 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
“Sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə əraziyə cavabdeh olan QSC barəsində inzibati tənbeh tədbiri tətbiq olunub”, – deyə məlumatda deyilir.
Bu istiqamətdə analoji tədbirləri davam etdirilir.