Bakı Zooloji parkında 25-ci “Himayə guşəsi” sərgisi baş tutacaq. Bu haqda bu gün, 28 iyun tarixində Bakuplus.az xəbər verir.
Tədbir iyunun 29-da saat 10:00-14:00 aralığında İDEA Heyvanlara Qayğı Mərkəzi və Bakı Zooloji Parkının birgə təşəbbüsü ilə keçiriləcək.
Qonaqlar sərgilənən it və pişiklərlə vaxt keçirə, ev heyvanlarına qulluq haqqında təlimat və məsləhətlər ala, ən əsası isə əsl dost qazana bilərlər.
Ev heyvanına sahiblənmək üçün vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməli, qısa müsahibədən keçməli və öhdəlik imzalamalıdırlar. Yaşı 18-dən aşağı olan şəxslər valideynləri ilə gəlməlidirlər. Heyvanları himayəyə götürmək pulsuzdur.