Bakı Zooparkında iyunun 19-da “Abşeron Milli Parkı” sənədli filmi nümayiş olunacaq. Bu haqda bu gün, 18 iyun tarixində Bakuplus.az məlumat verir.
Təqdimat saat 14:00-da Zooloji Parkın lektoriyasında təşkil olunacaq. Film İDEA İctimai Birliyinin xüsusi layihəsi olan “Azərbaycanın 9 möcüzəsi” silsiləsində öz yerini alıb.
Sənədli filmdə Abşeron yarımadasının tarixi, sirli təbiəti, milli parkın yaradılışından söz açılır. Filmin əsas məqsədi izləyicilərə ölkəmizin əsrarəngiz təbiət gözəlliklərini göstərmək, həmçinin ətraf mühitin mühafizəsinin vacibliyini diqqətə çatdırmaqdır.