Gindes adına Uşaq Sümük-Vərəm Sanatoriyasının binasına baxış olacaq. Bu haqda bu gün, 15 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Baxış Zuğulbada yerləşən binanın tarixi və memarlıq əhəmiyyətinin müəyyən edilməsi üçün keçiriləcək.
Gindes adına Uşaq Sümük-Vərəm Sanatoriyası bir neçə il öncə müasir binaya köçürülüb. Sanatoriyanın 1919-cu ildə istifadəyə verilmiş köhnə binası isə tərk edilib və heç bir məqsədlə istifadə olunmur.