top
Böyük Vətən müharibəsində cəbhə şəhəri olan Bakı
08 may 2023, 22:13
- ↺ +

Böyük Vətən müharibəsində cəbhə şəhəri olan Bakı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Böyük Vətən müharibəsində tarixi qələbənin 78 illiyi qeyd edilir. Bakı şəhəri bu müharibədə düşmən üzərində qələbəni təmin edən həlledici yanacaq bazası kimi tanınmışdı. Lakin sovet ordusunun yanacağa olan tələbatının 70%-ni ödəyən Bakının rolu yalnız bundan ibarət deyildi. [Azər Nuriyev. Bakı – Qəhrəman şəhər. Kaspi. -2010. – 6 may. – S.4.]

Bu illərdə Bakıdan şəxsi əmanətlərdən müdafiə fonduna 15 kq qızıl, 952 kq gümüş, 320 milyon rubl köçürülüb. Cəbhəyə 1,6 milyon ədəddən çox zəruri mal və 125 vaqon isti paltar göndərilib. Stalinqrad, Stavropol və Krasnodar vilayətlərinə də əhəmiyyətli yardım - ərzaq, avadanlıq və pul göndərilib. Bakı müəssisələri Dnepr Su Elektrik Stansiyasının, Azov limanının və digər mühüm obyektlərin bərpasında iştirak ediblər.

Bu zaman şəhərdə yüksəkixtisaslı kəşfiyyatçı kadrların hazırlanması üçün Bakı Regionlararası Kəşfiyyat Məktəbi yaradılmışdır. Həmçinin burada Dzerjinski və Frunze adına hərbi-dəniz məktəbləri, Yeysk aviasiya hərbi-dəniz məktəbi, iki piyada və bir artilleriya məktəbi və başqa təhsil müəssisələri fəaliyyət göstərirdi. Bütün bu hərbi və dəniz məktəbləri Ordu və Hərbi Dəniz Qüvvələri üçün kadrlar hazırlayırdı. Çox vaxt Bakıda yerləşən və cəbhəyə göndərilən məktəblərin kursantlarından döyüş briqadaları yaradılırdı.

[Баку в Великой Отечественной войне — OurBaku]

Bakı zavodları 130 növ müxtəlif silah və hərbi sursat - minomyotlar, tank əleyhinə minalar, qumbaralar, təyyarə, tanklar üçün detallar və s. istehsal etməklə ön cəbhəyə işləyirdi. Elektrik enerjisi ilə təchizatına görə də şəhər SSRİ-də 3-cü yeri tuturdu.

[Rzalı R. Neftiylə döyüşən Bakının "Qəhrəman şəhər" adı daşıması tarixi ədalətin bərpası olardı. Azərbaycan.- 2010.- 8 may.- S. 13.] 

Beləliklə, müharibənin başlanğıcından sonuna kimi cəbhə şəhəri olan Bakının bir çox sahələrdə xidməti böyük olmuşdur.

Son xəbərlər

Siyasət
Bu gün, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Bu gün, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Bu gün, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Bu gün, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Bu gün, 10:49

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Bu gün, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Bu gün, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Bu gün, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Bu gün, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Dünən, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Dünən, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Oxşar xəbərlər