top
Müəlliminin ayağlarının altında dəfn edilən milyonçu
01 sentyabr 2021, 02:00
- ↺ +

Müəlliminin ayağlarının altında dəfn edilən milyonçu

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Milyonçu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev 1 sentyabr 1924-cü ildə 86 (bəzi mənbələrdə 101) yaşında Bakıda, Mərdəkanda yerləşən bağ evində vəfat etmişdir. Onun dəfninə böyük izdiham toplanmışdı. İnsanlar yas mərasiminə bütün Bakı və ətraf kəndlərdən ərzaq gətirirdilər. Sentyabrın 4-ndə, iradəsinə uyğun olaraq, onu Mərdəkandakı "Pirhəsən” pirində, Bakı axundunun - Molla Abuturabın ayaqları altında dəfn edirlər. Tağıyevin iradəsi haqqında əfsanələrdən biri bunları deyir:

Bir gün Tağıyevin müəllimi Axund Hacı Turab onun üçün Quranın Yasin surəsini, oxuyub tərcümə edirdi. “Allah bir şeyə iradə eləsə, ona "Ol!" deyər, o da dərhal olar” sözlərinə çatanda, Tağıyev soruşur:

-Yəni mənim bu qədər var-dövlətim var. Allah istəsə, bir anın içində əlimdən alar?

-Bəli! - axund cavabını verir.

Həmin an Axundun bu sözlərini Hacı o qədər də inandırıcı qəbul etmir. Bu söhbətdən on il sonra, 1920-ci illərdə, bolşeviklər Tağıyevin bütün varını ələ keçirdikdən sonra, Hacı Axundun sözlərini xatırlayır və vəsiyyət edir: "Onun bir barmağının bildiyini mənim başım da bilmir. Buna görə də, məni onun ayaqları altında dəfn edin”. 

Hacı Zeynalabdin Tağıyev Axunda hörmətlə yanaşırdı, məsləhət və göstərişlərini dinləyirdi. Tağıyev, onu təhsilinə və mütərəqqiliyinə görə yüksək qiymətləndirirdi. 1901-ci ildə, Tağıyevin qızlar məktəbinin açılışından sonra, Bakı varlıları öz qızlarını məktəbə göndərməkdən imtina edirlər. O zamanların düşüncələrinə görə, qızın təhsil alması İslamda günah hesab olunurdu. Bu vaxt Hacının köməyinə gələn yaxın dostu Axund Mirzə Əbu Turab olur. O, öz qızını Tağıyevin qız məktəbinə qoymaqla bəzi dindarlara qarşı çıxır.

1913-cü ildə Pirhəsən pirində, Axund Hacı Turab türbəsi, 1989-cu ildə isə Zeynalabdin Tağıyevin heykəli ucaldılıb.

Mənbələr:


  1. Qılman İlkin. Bakı və bakılılar (Üçüncü nəşri). Bakı, 2006

  2. Сулейманов, Манаф (1990). Дни минувшие (Исторические очерки). Баку: Азернешр.

  3. http://yasamal.cls.az/more/text/31927

Son xəbərlər

Xəbər
Bu gün, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Bu gün, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Bu gün, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Bu gün, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Dünən, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Dünən, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
04 noyabr 2026, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
04 noyabr 2026, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
04 noyabr 2026, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
04 noyabr 2026, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
04 noyabr 2026, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Oxşar xəbərlər