top
Nobel qardaşlarının Bakıda fəaliyyəti haqqında 5 fakt
27 oktyabr 2021, 02:00
- ↺ +

Nobel qardaşlarının Bakıda fəaliyyəti haqqında 5 fakt

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol


  1. Nobel qardaşları: Lüdoviq, Robert və Alfred Rusiyada silah hazırlamaqla məşğul idilər. Robert Bakıda olarkən, sahibkarların neftdən böyük gəlir əldə etdiklərinin şahidi olur. Peterburqa qayıdandan sonra qardaşı Lüdoviqi razı salır ki, neft istehsalı ilə məşğul olsunlar. Sonra Robert Bakıya qayıdaraq, burada kiçik zavod və torpaq sahəsi alır.

  2. Nobellər qazma işlərində ilk dəfə elektrik enerjisindən istifadə etmişdirlər. Neftin sisternlərdə dəmir yolu vasitəsi ilə daşınması və neftin dəmir rezervuarlarda saxlanması da Nobel qardaşları tərəfindən tətbiq edilmişdir. Dünyada ilk neft daşıyan "Zaraostra" tankeri 1877-ci ildə Nobellərin sifarışi ilə Bakıya gətirilmişdir.

  3. Nobel şirkəti sayəsində, qısa müddətdə Qara şəhər kimya mərkəzinə çevrilmişdi. Şirkət tərəfindən burada kükürd turşusu zavodu, kerosin zavodu, benzin zavodu, parafin zavodu, geniş mexaniki zavodlar, taxta doğrayan zavod və s. tikilmişdir. Onlar işlənmiş kükürd turşusundan təzədən istifadə edirdilər. Bu, artan tələbatı ödəməyə imkan verirdi və zavodun ətrafı zibillərdən təmizlənirdi.

  4. Nobellərdən əvvəl neft zavodlara at arabası ilə daşınırdı və bu baha başa gəlirdi. Daşınma xərclərini azaltmaq üçün "Nobel qardaşları" Balaxanıdan Qara şəhərə neft kəməri çəkdirmişdirlər. Kəmərin çəkilməsi neft daşımaqla böyük gəlir əldə edən Balaxanı arabaçılarını çıxılmaz vəziyyətə salır və onlar firmaya qarşı etiraz edirdilər. Hətta neft kəmərlərinin partladılması təhlükəsi var idi. Kəməri deşərək neft oğurlamaq halları da tez-tez baş verirdi. Qorxuya düşən "Nobel qardaşları" kəmər boyu kazak keşikçi dəstələri qoyurdular.

  5. Alfred Nobel şirkətin idarə heyətində iştirak etməsə də, öz məsləhətləri ilə şirkətə kömək edirdi. Ölümündən sonra onun 50 milyon kapitalı qalır: bu məbləğin 12,4 faizi "Nobel qardaşları şirkəti"ndən gəlir idi. Öləndə vəsiyyət edir ki, hər beş ildən bir onun kapitalından gələn gəlir insanlara xidmət etmiş şəxslərə mükafat kimi verilsin. Hər beş ildən bir onun kapitalından gələn gəlir 5 hissəyə bölünür və "Nobel mükafatı"  formasında fizika, kimya, fiziologiya, tibb və ədəbiyyat sahəsindəki nailiyyətlərə görə verilir.


Mənbələr:

  1. Qılman İlkin. BAKI VƏ BAKILILAR. Bakı-2006.

  2. https://www.ens.az/az/nobel-qardaslari-ve-onlarin-azerbaycanda-fealiyyetleri

Son xəbərlər

Xəbər
Bu gün, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Bu gün, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Bu gün, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Bu gün, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Dünən, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Dünən, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
04 noyabr 2026, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
04 noyabr 2026, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
04 noyabr 2026, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
04 noyabr 2026, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
04 noyabr 2026, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Oxşar xəbərlər