top
AFFA – Azərbaycan Futbolunu Fəlakətə Aparanlar!
19 noyabr 2024, 23:59
- +

AFFA – Azərbaycan Futbolunu Fəlakətə Aparanlar!


Sərlövhəni oxuyub etiraz edənlər də ola bilər: Niyə “Aparanlar” axı? Məgər fəlakət belə olmur? Məgər artıq gətirməyiblər ki fəlakətə? İcazə verin razılaşmayım. Çünki hər irihesablı məğlubiyyətdən, hər fiasko ilə başa çatan seçmə mərhələdən sonra eynisini düşünmüşük. Düşünmüşük ki, artıq tam bataqlığın dibinə çatdıq. Həm biz çatdıq, həm də AFFA. Bundan betəri ola bilməz. Amma bir müddət keçib, yanıldığımızı anlamışıq. Sən demə AFFA-nın “qüdrətinin” tam miqyasını və “nəhəngliyini” dəyərləndirə bilməmişik…



Bu gün də eyni hissləri birgə yaşayırıq. Fəlakət yox, fəlakətlər toplusu üzərimizə qar dağı kimi düşdü. 1. Millətlər Liqasında ən aşağı “D” liqasına yuvarlandıq. 2. SSRİ dönəmində Azərbaycanı təmsil edən “Neftçi” güclülər dəstəsində Ukrayna, Gürcüstan, Rusiyanın aparıcı klublarını Bakıda “kötəkləyəndə” 2-ci liqada “sürünən”, 1969-1982-ci illər arasında SSRİ çempionatlarında ümumiyyətlə peşəkar klubla təmsil edilməyən yeganə respublika olan Estoniya sözügedən seçmə mərhələdə bizi geridə buraxdı. 3. Azərbaycan yığması ilk dəfə Millətlər Liqasını qalibiyyətsiz başa vurdu 4. Sözügedən turnirdə hələ indiyə qədər belə bərbad top fərqimiz olmayıb. Belə ki, 6 görüşdə rəqib qapılarına cəmi 3 dəfə yol tapmışıq (orta hesabla 1 oyuna 0,5 qol). Əvəzində qapımıza 17 (!) qol vurulub (hər oyunda 2,83). 5. Bizi “C” liqasında San-Marino (dağılasan, ay AFFA) əvəzlədi!!!

Adam bu statistikaya, millimizin dünənki İsveçlə oyununa (hərçənd buna nəsə başqa ad verilməlidir, çünki “futbol” adına qara ləkədir) baxdıqda istər-istəməz düşünür ki, yox e, daha bu, son olacaq. Bu biabırçılıqdan sonra futbol təsərrüfatımızda nə isə dəyişəcək. Məsələn, AFFA-nın o dəbdəbəli binasında rahat kreslolarda, isti kabinetlərdə oturanlarda hansısa bir möcüzə nəticəsində vicdan oyanacaq. İsveçdəki 0:6 rüsvayçılığının sonunu rəsmiləşdirən hakimin final fitindən sonra bu insanlar, de-yure azərbaycanlı sayılanlar səhərə qədər yata bilməyəcəklər, yataqlarında ora-bura vurnuxub, mətbəxdə siqareti siqaretə calayaraq səhərin nə üçün belə gec açılmasına qəzəblənəcəklər, günəş doğar-doğmaz isə taksi sifariş edib iş yerlərinə tələsəcəklər. Tələsəcəklər ki, hamılıqla ərizə yazıb istefaya getsinlər və qəbahətlərinin, qələtlərinin nəhəngliyini başa düşərək həyatlarının sonuna qədər bir daha nəinki “futbol” sözünü, ümumiyyətlə “F” hərfi ilə başlayan sözləri ağızlarından çılxarmasınlar. Amma… Mən də, siz də, elə bütün Azərbaycan da bilir ki, bu, baş verməyəcək. Əlləri ilə, ayaqları ilə, dişləri ilə kreslodan yapışacaqlar, min bir yalan danışıb min bir cildə girəcəklər. Bəli, cildə girəcəklər, amma yerə girməyəcəklər. Dünən o biabırçılığı izləyərkən minlərin, milyonların minlərlə dəfə təkrarladığı “yerə girəsiz elə!” duası bu dəfə də qəbul olmayacaq. Çünki həya, vicdan, abır, həya – bunları AFFA binasında aramaq Saxara səhrasında qütb ayısı axtarmaq kimi bir şeydir. Hətta Saxarada bəlkə nə zamansa bu nadir heyvana rast gələ də bilərik. Amma AFFA-da şanslarımız sıfıra bərabərdir.

İndi oturub Santuşun ünvanına nə isə deməyin də yeri yoxdur. Qoca neyləsin? Çağırıblar, pul təklif ediblər, o da razılaşıb. O da inşandı axı. Anlayır ki, artıq karyerası bitib, onu hər hansısa adlı-sanlı nə kluba, nə də milliyə dəvət edəcəklər. Niyə də son şansından yararlanmasın? Əslində günah pul verəndədir, AFFA-da. Lakin bir məsələ də var ki, pul verən öz cibindən vermir. Dövlətin, bizim cibimizdən ötürür Santuşa. Pul demişkən. Məsələn, millinin hər uduzduğu oyuna görə bu futbol başbilənlərini maddi olaraq cəzalandırsaydılar, bəlkə də vəziyyət nisbətən yaxşı olardı.

Hələliksə… Heç nə. Hansısa bir nəhayətsizlik, çarəsizlik çöküb hər bir futbolsevərin qəlbinə. Adam sadəcə inana bilmir. Damarında azərbaycanlı qanı axanların bu qədər vicdansızlıq edəcəyini təsəvvür etmək çətindir. İndiki vəziyyətdə isə… Azərbaycan futbolu ÖLÜB! Vəssalam. Tam yeni adamlar gəlməlidir. Federasiya tam tərkibdə dəyişməlidir. Və futbolumuzu özüldən qurmağa başlamalıyıq. Bu gün başlasaq, bəlkə 10 ildən sonra bəhrəsini görə bildik. Hələliksə AFFA-nın – Azərbaycan Futbolunu Fəlakətə Aparanların dövrü davam edir. Nə vaxta qədər? Onlara bir “dur!” deyən tapılacaqmı?

Vüsal Əliyev (insanoid.com)


Son xəbərlər

Xəbər
Bu gün, 10:10

Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verilib

Xəbər
Bu gün, 09:19

Masazırda işıq olmayacaq

Xəbər
Dünən, 18:00

Bakıda məşhur mağazanın seyfindən külli miqdarda pul oğurlandı

Xəbər
Dünən, 17:30

Bakıda İdman Konsert Kompleksində meyit tapıldı

Xəbər
Dünən, 16:30

Polis 14 avtomat aşkarladı

Xəbər
Dünən, 15:34

Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürüb

Xəbər
Dünən, 15:30

Bakıdakı zavodun həyətində faciə

Xəbər
Dünən, 14:30

Bakıda toy karvanında TƏHLÜKƏLİ ANLAR  - VİDEO

Xəbər
Dünən, 14:16

"Ramiz Mehdiyevlə bir əlaqəm varsa..." - Şərurlu İsfəndiyarın işində də onun adı keçir

Xəbər
Dünən, 13:30

Vernidub "Neftçi" ilə ilk oyununa çıxır

Xəbər
Dünən, 12:31

Sabah Bakıda yağış yağacaq?

Xəbər
Dünən, 12:30

Yasamalda yanğında həlak olan Könül Vəlibəylinin qızı palataya köçürülüb

Xəbər
Dünən, 11:30

Ötən həftə 29 nəfər xilas edilib

Xəbər
Dünən, 10:40

Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

Xəbər
Dünən, 09:42

Bakıda işıqforlarda yeni kameralar nə üçün quraşdırılıb?

Xəbər
Dünən, 09:35

Bu gün Ramiz Rövşənin ad günüdür

Xəbər
14 dekabr 2025, 21:00

14-20 dekabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
13 dekabr 2025, 18:00

Dənizkənarı Milli Parkda oğurluq edən 2 nəfər saxlanılıb

Xəbər
13 dekabr 2025, 17:30

Avtomobilin qapısını açıq gördü, oğurluq etdi

Xəbər
13 dekabr 2025, 16:30

4 gün əvvəl sirkə turşusu içmişdi, xəstəxanada öldü

Xəbər
13 dekabr 2025, 15:30

General Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olundu

Xəbər
13 dekabr 2025, 14:30

Bakıda 31 yaşlı kişi bıçaqlandı

Xəbər
13 dekabr 2025, 13:30

Uşaq intim videolarını yayan şəxs belə cəzalandırıldı

Xəbər
13 dekabr 2025, 13:11

Yuri Vernidub: "Neftçi"yə yalnız çempionluq yaraşır"

Oxşar xəbərlər