Bakının 2 futbol klubu cərimələnib. Bu haqda bu gün, 9 aprel tarixində Bakuplus.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir.
Premyer Liqanın XXIX turunda keçirilən “Neftçi” – “Sumqayıt” oyunu bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə bakılılar 800 AZN məbləğində cərimələniblər.
“Qarabağ”la qarşılaşmada 6 oyunçusu sarı vərəqə alan “Səbail” isə 700 AZN məbləğində cərimə olunub.