Bakıda keçirilən şahmat üzrə Dünya Kuboku çərçivəsində uşaqlar üçün turnir təşkil olunub. Bu haqda bu gün, 3 avqust tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Eyni zamanda 100 lövhədə keçirilmiş turnir Beynəlxalq Şahmat Federasiyası (FİDE) və Azərbaycan Şahmat Federasiyasının (AŞF) birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunub.
Yarışda 8, 10 və 12 yaş kateqoriyasında 50 qız və 50 oğlan iştirak ediblər. Qaliblərə və mükafatçılara sertifikat, kubok və dünya reytinqində birinci olan Maqnus Karlsenin imzalı şahmat lövhəsi hədiyyə olunub.
[caption id="attachment_108352" align="alignnone" width="640"]
Foto Report.az[/caption]