Şahmat üzrə Dünya Kubokunun ilk medalçıları bəlli olublar. Bu haqda bu gün, 22 avqust tarixində Bakuplus.az Federasiyaya istinadən xəbər verir.
Qadınlar arasında keçirilən şahmat üzrə Dünya Kubokunun qalibi rusiyalı qrosmeyster Aleksandra Qoryaçkina oldu. O, Bolqarıstanı təmsil edən türk əsilli Nurgül Səlimovanı məğlub edib. 3-cü yerdə isə ukraynalı Anna Muzıçuk qərarlaşıb.
Yarış 24 avqust tarixində yekunlaşacaq. Təmsilçimiz Nicat Abasov 3-cü yer uğrunda mübarizə aparacaq.