Naxçıvanın futbol komandası Bakıda məskunlaşacaq. Bu haqda bu gün, 23 iyun tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Növbəti mövsüm Azərbaycan Premyer Liqasında çıxış edəcək “Araz Naxçıvan” klubu liqanın başlanmasına hazır ola bilməyəcək.
Belə ki, Naxçıvan şəhər stadionunun ot örtüyü yenilənməli, işıqlandırma sistemi quraşdırılmalıdır. Bu işlərin mövsümün startına qədər bitməyəcəyi bildirilib. Bu səbəbdən də Muxtar Respublika təmsilçisi bir neçə tur ev oyunlarını Bakıdakı “Dalğa Arena”da keçirəcək.
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümü 4 avqust tarixində başlayacaq.