“Neftçi” FK Bakıda Kipr təmsilçisi ilə qarşılaşacaq. Bu haqda bu gün, 26 iyul tarixində Bakuplus.az xəbər verir.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək oyun üçün bu gün “Aris Limassol” paytaxta yola düşməlidir.
Matç 28 iyul saat 21:00-da “Bakcell Arena”-da baş tutacaq. Birinci oyun 2:0 hesabı ilə rəqib komandanın xeyrinə bitmişdir.