Azərbaycan güləşçisi dünya çempionu oldu. Bu haqda bu gün, 22 sentyabr tarixində Bakuplus.az xəbər verir.
35 yaşlı Rafiq Hüseynov erbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının qalibi olub. O, 82 kq çəki dərəcəsində mübarizə aparırdı.
R.Hüseynov finalda iranlı rəqibini Əlirza Mohmadipianini məğlub edib və karyerasında 2-ci dəfə dünya çempionu olub.
Daha əvvəl Eldəniz Əzizli 55 kq-da dünya çempionu olmuşdur. Sənan Süleymanov (77 kq) da bu gün final görüşünə çıxacaq.