Azərbaycan Premyer Liqasının növbəti turu bu gün başlayır. Bu haqda bu gün, 10 may tarixində Bakuplus.az xəbər verir.
Liqanın XXXIV turu 10-12 may tarixlərində keçiriləcək. İlk oyun bu gün “Neftçi" və "Kəpəz" arasında baş tutacaq. Matç "Neftçi" Arena"da saat 19:00-da başlayacaq.
""Neftçi" hazırda 50 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. "Kəpəz" isə 35 xalla 8-cidir.