Bakıdan olan referi UEFA-nın oyunlarına təyinat alıb. Bu haqda bu gün, 6 fevral tarixində Bakuplus.az AFFA-ya istinadən xəbər verir.
FİFA referisi Fəridə Lütfəliyeva və referi köməkçisi Sevda Nuriyeva UEFA-dan təyinat alıblar. Onlar 17 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının 2-ci mərhələsinin oyunlarını idarə edəcəklər.
Hakimlər İrlandiya, Albaniya və İsrail komandalarının yer aldığı B qrupunun matçlarında iştirak edəcəklər. Oyunlar 20-26 fevral tarixləri arası baş tutacaq.