Azərbaycanda yeni idman növü fəaliyyətə başlayıb. Bu haqda bu gün, 8 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Belə ki, “Ocaq Sport” klubunun idarə heyətinin sədri Vəfa Bəkərova Heydər Əliyev adına İdman-Konsert Kompleksində jurnalistlərə açıqlamasında körlinq oyunu haqda məlumat verib.
“Körlinq Qış Olimpiya Oyunlarının proqramına daxil olan bir idman növüdür. Bütün idman həvəskarlarını bu növlə məşğul olmağa dəvət edirəm", – deyə o, qeyd edib.