Azərbaycanlı FİFA hakimi Elçin Musayev UEFA-dan Çempionlar Liqasının oyununa təyinat alıb. Bu haqda bu gün, 27 iyun tarixində Bakuplus.az Unikal.az-a istinadən məlumat verir.
Musayev Çempionlar Liqasının birinci təsnifat mərhələsinin “Jalgiris” (Litva) - “Struqa” (Şimali Makedoniya) matçını idarə edəcək.
Onun komandasında Elşad Abdullayev, Pərvin Talıbov və Kamal Umudlu olacaqlar.