Azərbaycan şahmatçısı Azər Mirzəyev Çexiyada keçirilən “Praqa Open-2022” turnirində birinci yeri tutub. Bu haqda bu gün, 15 yanvar tarixində Unikal.org məlumat yayıb.
Çexiya təmsilçisi Yakub Vojta üçüncü yeri, 9 turda 7,5 xal toplayan polşalı Antoni Kozak - ikinci yeri tutub, Azər Mirzəyev eyni xalla turnirin qalibi olub.
Ümumilikdə, yarışda 5-i qrossmeyster olmaqla, 185 şahmatçı iştirak edib.
Şahmat turniri İsveçrə sistemi üzrə keçirilib və 9 turdan ibarət olub.
Azər Mirzəyev 1978-ci ildə Bakıda anadan olub, 2001-ci ildə isə qrossmeyster titulu qazanıb.