Avropa Gimnastika İttifaqının İcraiyyə Komitəsi 2023-cü ilin mayında Moskvada baş tutacağı planlaşdırılan bədii gimnastika üzrə Avropa çempionatının Bakıda keçiriliməsi barədə qərar qəbul edib. Bu haqda bu gün, 16 iyul tarixində ittifaqın mətbuat xidməti məlumat verib.
Turnir 17-21 may tarixlərində baş tutacaq.
İlkin olaraq Moskvada keçirilməsi nəzərdə tutulan müsabiqə Avropanın hazırkı sanksiyalarına görə Azərbaycanın paytaxtına köçürülüb.