Cüdo üzrə “Böyük Dəbilqə” turnirinin açılış mərasimi keçirilib. Bu haqda bu gün, 16 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Mərasimdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev və Beynəlxalq Cüdo Federasiyasının prezidenti (IJF) Mauris Vizer iştirak ediblər.
Komandaların paradından sonra rəsmilər fikirlərini bildiriblər. Sonda Azərbaycanın Dövlət Himni və Beynəlxalq Cüdo Federasiyasının himni səslənib.
“Böyük Dəbilqə” turniri 18 fevral tarixinə qədər davam edəcək.