Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən Böyükşor gölündə avarçəkmə bazası yaradıla bilər. Bu haqda bu gün, 7 yanvar tarixində Report Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) İdarə Heyətinin üzvü Rəhman Xanlarova istinadən məlumat yayıb.
Hazırda gölün suyu analiz olunur.
"Daha əvvəl avarçəkənlərimiz orada qayıq sürüblər. Həmin vaxt onların bədənlərində yara əmələ gəlmişdi. Artıq orada təmizlik işləri aparılmaqdadır" - deyə R.Xanlarov bildirib.
Son qərar əraziyə baxış keçirildikdən sonra veriləcək.