Paytaxtda avarçəkmə üzrə Bakı birinciliyi keçiriləcək. Bu haqda bu gün, 21 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bulvar ərazisində, AKAF-nin qarşısında baş tutacaq turnirdə paytaxtla yanaşı, Mingəçevirdən olan 80-ə yaxın yeniyetmə və gənc avarçəkən iştirak edəcək. İdmançılar avarçəkmənin akademik, kayak və kanoe növlərində mübarizə aparacaqlar.
Yarış 24 iyun tarixində başlayacaq.