Bakıda güllə atıcılığı üzrə Azərbaycan çempionatı keçirilib.
Report xəbər verir ki, Azərbaycanın müxtəlif regionlarından olan 70-dən çox idmançı güllə atıcılığının pnevmatik tüfəngdən atəş, kiçik çaplı tapançadan 25 m məsafəyə atəş və pnevmatik tapançadan 10 m məsafəyə atəş yarışlarında mübarizə aparıblar.
Final yarışlarından sonra çempionatda qalib gələn idmançılar medal və diplomlarla təltif olunublar.