Bakıda bədii gimnastika üzrə ”Winter Fairytale” beynəlxalq turniri təşkil ediləcək.
Bakuplus.az Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidmətinə istinadən xəbər verir ki, yarış dekabrın 14-15-də Milli Gimnastika Arenasında keçiriləcək.
AGF-dən bildirilib ki, tədbir 2009-2018-ci il təvəllüdlü gimnastların nağılları xatırladan çıxışlarını və qışın sehrini bir araya gətirəcək.